Castrol Spheerol EP 3, açıq sarı rəngli, kalsium sabunlu və yüksək koheziya qüvvəsinə malik formulu ilə sənaye avadanlıqlarında etibarlı və iqtisadi bir qres həlli təklif edir. Orta və yüksək dövrlü yastiqcıqlarda, ağır yükün olmadığı şassi, slayd, düz yataq və rulman tətbiqlərində uzun müddətli yapışma və qoruma təmin edir. Suya qarşı göstərdiyi yüksək müqavimət sayəsində su ilə yuyulmaya məruz qalan mühitlərdə belə performansını qoruyur və avadanlığın ömrünü uzadır.
Koheziya artırıcı kimyəvi maddələri sayəsində səthə güclü bir şəkildə yapışır; yayılıb getmədiyi üçün qres istehlakını azaldaraq əməliyyat xərclərini aşağı salır. Ayrıca ümumi məqəsədli istifadə strukturu, məhsul müxtəlifliyini azaldaraq stok idarəsini asanlaşdırır. Qresin yapı stabilliyi, aşağı yağ ayrılması (%3 max) və 116°C damlama nöqtəsi ilə dəstəklənir. Xüsusən iqtisadi bir həllə ehtiyac duyulan, ağır şərtlərin olmadığı sistemlər üçün ideal bir seçimdir.
Texniki Xüsusiyyətlərdən Seçilənlər
Sabun tipi: Kalsium
NLGI sinfi: 3
Rəng: Açıq sarı
Baza yağı viskozitesi (40°C): 55 cSt
İşlənmiş penetrasiya (25°C): 220–250
Damlama nöqtəsi: 116°C
Yağ ayrılması (168 saat / 40°C): %3 max